2026-06-01

GNI Software BIFF 2026-da Texnoloji Partnyor kimi iştirak edib


29 may 2026-cı il tarixində Qırğızıstanın paytaxtı Bişkek şəhərində regionun aparıcı maliyyə və fintech tədbirlərindən biri olan BIFF 2026 – Bishkek International Financial Forum keçirilib.

GNI Software forumda Texnoloji Partnyor qismində iştirak edərək maliyyə-bank sektoru üçün təqdim etdiyi innovativ texnologiya həllərini beynəlxalq auditoriyaya təqdim edib.

Hər il maliyyə sektoru, bankçılıq, fintech və texnologiya sahələrinin aparıcı nümayəndələrini bir araya gətirən BIFF, regionda innovasiyaların təşviqi, rəqəmsal transformasiya təşəbbüslərinin müzakirəsi və yeni əməkdaşlıqların formalaşdırılması baxımından mühüm platforma hesab olunur.

Forum çərçivəsində GNI Software-in idarəedici partnyoru Erkin Əsədov spiker qismində çıxış edərək şirkətin maliyyə-bank sektoru üçün hazırladığı həllər və sektorda müşahidə olunan əsas texnoloji tendensiyalar barədə məlumat verib. Təqdimat zamanı rəqəmsal transformasiyanın yaratdığı yeni imkanlar, süni intellekt texnologiyalarının tətbiqi və maliyyə texnologiyalarının inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.

Çıxış çərçivəsində aşağıdakı mövzulara xüsusi diqqət yetirilib:

* Süni intellekt əsaslı bankçılıq və maliyyə texnologiyalarının inkişaf perspektivləri;
* Analitik CRM və Customer Value Management (CVM) həlləri;
* Süni intellekt agentləri vasitəsilə müştəri təcrübəsinin fərdiləşdirilməsi;
* Risk idarəetməsi və problemli kreditlərin (NPL) optimallaşdırılması;
* Satış, collection və compliance proseslərində süni intellekt tətbiqləri;
* Bank ekosistemlərində inteqrasiya və rəqəmsal transformasiya strategiyaları;
* Gələcəyin intellektual maliyyə institutlarının formalaşdırılması.

BIFF 2026 çərçivəsində keçirilən görüşlər və peşəkar müzakirələr maliyyə institutları, texnologiya şirkətləri və sənaye ekspertləri arasında təcrübə mübadiləsinə, eləcə də yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradıb.

GNI Software region ölkələrində maliyyə sektorunun rəqəmsal transformasiyasına yönəlmiş layihələrini davam etdirərək innovativ texnologiyalar vasitəsilə bank və maliyyə institutlarının inkişafına dəstək göstərməyi hədəfləyir.